SON XƏBƏRLƏR

Vaşinqton Avropanı Rusiyaya qarşı Amerikadan tələb etdikləri sanksiyaların eynisinin tətbiqinə çağırıb

2025.09.16, 12:02
Vaşinqton Avropanı Rusiyaya qarşı Amerikadan tələb etdikləri sanksiyaların eynisinin tətbiqinə çağırıb

Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini Vaşinqtondan tələb edirlərsə, ilk növbədə, özləri eyni məhdudiyyətləri tətbiq etməlidirlər.

Gunaz.tv

Bu çağırışla Amerika Dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə çıxış edib.

Amerika Prezidenti Donald Trampın yeni sanksiyaların tətbiqini nə qədər gözləyəcəyi ilə bağlı sualı cavablandıran Rubio bildirib ki, prezident "süni şəkildə vaxt çərçivəsi elan etməyəcək". O əlavə edib ki, Avropa da eyni addımları atmalıdır.

"Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var", – deyə Rubio vurğulayıb.

"Prezident Avropadakı tərəfdaşlarımıza çağırış edib ki, onlar bizdən tələb etdikləri sanksiyaları özləri də tətbiq etsinlər. Əgər bu məsələyə, həqiqətən, sadiqdirlərsə, biz onları bu istiqamətdə konkret addımlar atmağa təşviq etmək istəyirik", – deyə dövlət katibi əlavə edib.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp sentyabrın 13-də bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birlikdə hərəkət edər və Rusiya neftinin alışını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar