SON XƏBƏRLƏR

“Avropa İttifaqının Təcrübələri İşığında Türk Dövlətləri Təşkilatının Bütünləşmə Prosesi” kitabı nəşr edilib

2025.09.17, 12:21
“Avropa İttifaqının Təcrübələri İşığında Türk Dövlətləri Təşkilatının Bütünləşmə Prosesi” kitabı nəşr edilib

Doktor “Məhsa Mehdili (Mehdizadə)”nin “Avropa İttifaqının Təcrübələri İşığında Türk Dövlətləri Təşkilatının Bütünləşmə Prosesi” adlı yeni kitabı Ankaradakı “Atayurt” nəşriyyatında işıq üzü görüb.

Gunaz.tv

370 səhifədən ibarət olan bu əsər Türk Dövlətləri Təşkilatında yaxınlaşmanın nəzəri və praktiki ölçülərini elmi-analitik yanaşma ilə araşdırır. Müəllif Avropa İttifaqının təcrübələrinə əsaslanaraq, bu təşkilatda konvergensiya prosesinin üzləşdiyi yolları və çətinlikləri diqqətlə təhlil edib.

Beynəlxalq münasibətlər sahəsində tədqiqatçı olan doktor Məhsa Mehdizadə ali təhsilini Türkiyədə başa vurmuş, regional yaxınlaşma və türk dünyası tədqiqatları sahəsində fəal tədqiqatçıdır.

Bu kitab onun Türkiyədəki ikinci akademik işidir. Onun ilk kitabı daha əvvəl Qarabağ müharibəsi mövzusunda çap olunub.

Doktor Mehdizadə hazırda Türkiyədə beynəlxalq əlaqələr üzrə professor kimi dərs deyir. Güney Azərbaycanın Salmas şəhərində anadan olub və bütün universitet təhsilini Türkiyədə başa vurub.

Doktor Mehdizadə elmi fəaliyyəti ilə yanaşı, həm də Güney Azərbaycanda tanınmış milli və siyasi xadim sayılır və bu coğrafiyanın mədəni və sosial sahələrində fəal iştirak edir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar