SON XƏBƏRLƏR

Azərbaycanlı alimə görə İran səfiri Belçika parlamentinə çağırıldı

2025.09.19, 10:39
Azərbaycanlı alimə görə İran səfiri Belçika parlamentinə çağırıldı

Belçika parlamentinin xarici siyasət komitəsi İran səfirni həbsdə olan Azərbaycan əsilli İran-İsveç vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı izahat vermək üçün parlamentə çağırıb.

Gunaz.tv

Bununla bağlı Cəlalinin həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.

"Parlament və komitə rəhbərləri bildiriblər ki, üç ay səssizlikdən, alimin harada saxlanılması barədə məlumatsızlıqdan sonra Əhmədrza Cəlali ilə bağlı narahatlıqlar həmişəkindən daha çox artıb”,- məlumatda bildirilib.

Xarici medianın da yazdığına görə, Belçika parlamentinin rəhbər heyəti Cəlalinin həyat yoldaşı Vida Mehranniya ilə görüşdükdən sonra yekdilliklə onun taleyi və səhhəti ilə bağlı rəsmi izahat vermək üçün İranın səfirini çağırmaq qərarına gəlib.

Əhməd Rza Cəlali Brüssel Azad Universitetinə bağlı böhran təbabəti üzrə mütəxəssis olub.

Xatırladaq ki, İsrail hərbi hava qüvvələri iyunun 23-də Tehranın Evin həbsxanasına zərbə endirdikdən sonra, Əhməd Rza Cəlali və çox sayda başqa məhbus digər həbsxanalara köçürülüb.

O gündən bu yana azərbaycanlı alimin harada saxlanılması və sağlıq durumu ilə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhməd Rza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Cəlali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar