SON XƏBƏRLƏR

Rusiyanın 3 Miq-31 qırıcısı Estoniyanın hava məkanına daxil olub

2025.09.20, 08:58
Rusiyanın 3 Miq-31 qırıcısı Estoniyanın hava məkanına daxil olub

Rusiyanın 3 Miq-31 qırıcısı Estoniyanın hava məkanına daxil olub.

Gunaz.tv

Bu barədə Estoniyanın baş naziri Kristen Mixal məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın 3 MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. NATO qırıcıları cavab verib və Rusiya təyyarələri ölkənin səmasını tərk edib.

"Belə pozuntu tamamilə qəbulolunmazdır", -Mixal qeyd edib.

Rusiyanın üç MiQ-31 qırıcısının Estoniya sərhədini pozduğu və Estoniyanın hava məkanında 12 dəqiqə qaldığı bildirilirdi. Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilib.

"Estoniya NATO Nizamnaməsinin 4-cü maddəsinə istinadən və təhlükəsizlik məsələsi ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr tələb etmək niyyətindədir." - deyə Kristen Mixal bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar