SON XƏBƏRLƏR

Yəzd həbsxanasında məhbus öldürülüb

2025.09.20, 09:26
Yəzd həbsxanasında məhbus öldürülüb

Yəzd şəhərinin həbsxanasında saxlanılan məhbus Məhəmməd Monfeli həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, vəziyyəti ağırlaşan məhbus həbsxananın tibb məntəqəsinə köçürülsə də, ona sakinləşdirici həb verib geri qaytarıblar.

Bundan bir neçə saat sonra, sentyabrın 19-da Məhəmməd Monfeli dünyasını dəyişib.

Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyinin qətli adlandırırlar.

İnsan haqalrı təşkilatlarının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar