SON XƏBƏRLƏR

Mütləq subaylıq təhlükəli həddə çatıb

2025.09.20, 11:56
Mütləq subaylıq təhlükəli həddə çatıb

İranda ailə quranların sayının azalması və qurulan ailələrin dağılması barədə yenidən xəbərdarlıq edilib.

Gunaz.tv

Bununla bağlı "İran" qəzeti məlumat yayıb.

“Sentyabr ayında təqdim edilən son statistika göstərir ki, İranda yaşı 45-dən yuxarı olan qadınların 14 faizi və kişilərin 4 faizi heç vaxt evlənməyib",- qəzet bildirib.

Məlumatda bunun nəticləri barədə xəbərdarlıq edilib:

"Bu rəqəm mütləq subaylığın artan tendensiyasını göstərir və ekspertlərin fikrincə, əhalinin gələcəyi və İran cəmiyyətinin demoqrafik davamlılığı üçün ciddi həyəcan təbili çalır”.

Qeyd edək ki, bir müddət əvvəl İran səhiyyə nazirinin müavini Sabir Cabbari ölkədə müxtəlif səbəblər üzündən evlənmək yaşı ötməkdə olan 12 milyon gəncin olduğunu bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar