SON XƏBƏRLƏR

Təbrizdə su böhranı davam edir

2025.09.20, 14:56
Təbrizdə su böhranı davam edir

Təbriz şəhərində də başqa bölgələrdə olduğu kimi içməli su böhranı davam edir.

Gunaz.tv

Bunu Şərqi Azərbaycan əyalətinin valisi Bəhram Sərməst deyib.

"İki ay əvvəlki hesablamalarımıza görə Təbrizin yalnız 75 günlük su ehtiyatı qalmışdı, ancaq vətəndaşlar qənaət etdiklərinə görə, bu 130 günə kimi uzandı",- vali bildirib.

Bundan əvvəl isə Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə əyalətdə quraqlığın davam edəcəyi barədə xəbərdarlıq edib.

"Cari yağış ilində yağıntılarda 30% azalma qeydə alınıb, bununla yanaşı Təbriz başda olmaqla bir çox bölgələri su ilə təmin edən anbarlar və bəndlərdə su miqdarı da 65% azalıb və bu səbəbdən qarşıdakı aylarda Şərqi Azərbaycanda bu sahədəki böhran dərinləşəcək",- o bildirib.

Qafarzadə son 5 ildə davalı quraqlıq olduğuna diqqət çəkərək, bunun qarşıdakı ildə də davam edəcəyini söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar