SON XƏBƏRLƏR

İran Ermənistana yeni səfir təyin etdi

2025.09.22, 16:39
İran Ermənistana yeni səfir təyin etdi

İran Xəlil Şirqulamini Ermənistana yeni səfir təyin edib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Məlumata görə, Şirqulami heç vaxt səfir vəzifəsini tutmayıb və hazırda İran Xarici İşlər Nazirliyinin Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin rəhbərinin müavinidir.

1976-cı ildə Şimali Xorasan əyalətinin Bocnurd şəhərində anadan olan yeni səfir,  Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Fakültəsinin Siyasi Münasibətlər üzrə bakalavrı olub.

O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Fakültəsindən Diplomatiya və Beynəlxalq Təşkilatlar üzrə Magistr, Əllamə Təbatəbayi Universitetində Beynəlxalq Münasibətlər üzrə doktorluq dərəcəsi alıb.

Qeyd edək ki, İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaninin səlahiyyət müddəti başa çatıb.

O, Ermənistanda səfir olduğu müddətdə Azərbaycan Respublikası əleyhinə çıxışları ilə tanınıb.

Sübhaninin xüsusiıə Zəngəzur dəhlizi ilə bağlı qərəzli bəyanatlarına görə, Azərbaycan mediasının da diqqətində olub.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar