SON XƏBƏRLƏR

Pezeşkianın oğlu Amerikaya buraxılmadı

2025.09.23, 09:49
Pezeşkianın oğlu Amerikaya buraxılmadı

Amerika hökuməti İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkiana BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Bildrilib ki, Yusif Pezeşkian prezidentin nümayəndə heyətinin üzvü kimi Nyu-Yorka səfər etməli olsa da, Amerika bu il BMT tədbiri üçün iranlı rəsmilər və onların ailə üzvlərinə viza məhdudiyyəti tətbiq etdiyi üçün onun səfəri baş tutmayıb. 

Xatırladaq ki, əvvəlki illərdə də Amerika administrasiyası İran diplomatlarının Nyu-Yorkdakı fəaliyyətinə, o cümlədən alış-veriş və hərəkət sərbəstliyinə məhdudiyyətlər qoyub. 

Hazırda isə Amerika Konqresində İran rəsmilərinə vizaların verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihələri də gündəmdədir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar