SON XƏBƏRLƏR

Amerika ilə danışıqlar faydasızdır

2025.09.24, 10:00
Amerika ilə danışıqlar faydasızdır

İndiki vəziyyətdə Amerika hökuməti ilə danışıqlar bizim milli maraqlarımıza xidmət etmir, bizə heç bir fayda vermir.

Gunaz.tv

Bunu İranın rəhbəri Əli Xamenei deyib.

Xamenei vurğulayıb ki, Amerikanın istədiyi dialoq deyil, diktə etməkdir:

"Amerika tərəfi danışıqların nəticəsini artıq müəyyən etmişdi, yəni nəticənin yalnız İranda uranın zənginləşdirilməsi və bütün nüvə fəaliyyətlərinin dayandırılması ilə nəticələnəcəyini elan etmişdi”.

O, İranın uranın 60 faiz zənginləşdirilməsini də vacib adlandırıb.

"İslam Respublikası nüvə proqramı və digər məsələlərlə bağlı təzyiqlərə boyun əyməyib və etməyəcək",- o əlavə edib.

Qeyd edək ki, daha öncə İran-Amerika nüvə danışıqları İsrailin hərbi əməliyyata başlaması və Amerikanın İranın nüvə obyektlərinə zərbələri səbəbindən nəticəsiz qalmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar