SON XƏBƏRLƏR

Stubb: Ukraynanın təhlükəsizlik zəmanətlərinin hərbi hissəsi demək olar ki, hazırdır

2025.09.25, 11:30
Stubb: Ukraynanın təhlükəsizlik zəmanətlərinin hərbi hissəsi demək olar ki, hazırdır

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin hərbi komponenti üzərində işlər yekunlaşmaq üzrədir.

Gunaz.tv

Dövlət başçısı bunu “Bloomberg“ə açıqlamasında deyib.

“Biz hərbi hissəni işləyirik və o, demək olar ki, hazırdır”, – Stubb qeyd edib.

O qeyd edib ki, əsas məsuliyyət Ukraynanın üzərinə düşəcək, lakin ölkə bu məsələdə Avropa tərəfindən dəstəklənəcək.

Prezidentin sözlərinə görə, bu zəmanətlər Ukraynanın müdafiə potensialını gücləndirmək və regionda sabitliyi təmin etmək məqsədini daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar