SON XƏBƏRLƏR

Rus PUA və aviasiyasına qarşı NATO-da yeni addım – Türkiyə təyyarə göndərdi

2025.09.25, 12:07
Rus PUA və aviasiyasına qarşı NATO-da yeni addım – Türkiyə təyyarə göndərdi

Türkiyə E-7T AWACS tipli DRLOİU təyyarəsini Litvaya göndərib.

Gunaz.tv

Günaz TV "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu addım NATO hava məkanında Rusiyanın PUA-ları və aviasiyasının artan pozuntularına cavab olaraq atılıb.

Məlumatı Türkiyə rəsmiləri təsdiqləyib.

E-7T AWACS təyyarəsi 360° dairəvi radar ilə təchiz olunub və uzaq məsafələrdə hədəfləri aşkarlaya bilir. Təyyarə NATO-ya regionda 24 saatlıq radiolokasiya nəzarəti və hava hücumundan müdafiənin idarəsini təmin edəcək.

Bu addım Baltik regionunda NATO-nun hava təhlükəsizliyini gücləndirmək və hərbi balansı qorumaq məqsədi daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar