SON XƏBƏRLƏR

İranda daha bir qadın məhbus öldürüldü

2025.09.25, 15:46
İranda daha bir qadın məhbus öldürüldü

Tehranın Vəramin bölgəsinin Qərçək həbsxanasında saxlanılan Süməyyə Rəşidi adlı gənc qadın məhbus həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

"Bundan əvvəl həbsxanadakı ağır şərayitə görə xəstələnən Süməyyə Rəşidi, həbsxana rəhbərliyinə müraciət etsə də, onun müayinə və müalicəsinə icazə verilməyib. Həbsxananın tibb məntəqəsindən ona yalnız ağrıkəsici dərman verilib. Sentyabrın 16-da isə Süməyyədə qıcolma və əzələ ağrıları başlayandan, huşunu itirəndən sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb",- məlumatda bildirilib.

Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü təhlükəsizlik qurumunun sifarişi əsasında onun öldürüldüyünü bildirib, buna görə həbsxana rəhbərliyini günahlandırıblar.

İran məhkəməsinə bağlı "Mizan" saytı isə Süməyyə Rəşidinin ölüm səbəbi barədə açıqlama vermədən onun hökumətə müxalif "Xalq Mücahidləri Təşkilatına üzv olduğunu" və "ölkənin milli təhlükəsizliyinə qarşı təxribat törətmək istədiyini" yazıb.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının hesabatına görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə müalicəsinə imkan verilmədiyi üçün ölüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar