SON XƏBƏRLƏR

İran polisi iki bəluçu öldürdü

2025.09.26, 13:39
İran polisi iki bəluçu öldürdü

İranın Sistan və Bəluçistan əyalətinin Minab-Cask yolunda İran polisi iki kiçik yük maşınına atəş açıb.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində yanacaq daşıyan hər iki maşın partlayıb və sürücülər yerindəcə həlak olub.

Onların pərakəndə yanacaq alverçiləri olduğu bildirilib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar