SON XƏBƏRLƏR

Əli Polad, təbrizli iş adamı: İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırlamışıq

2025.09.27, 11:26
Əli Polad, təbrizli iş adamı: İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırlamışıq

Təbrizli mədəni fəal və sərmayəçi Əli Polad “Azərəncümən”ə müsahibəsində Azərbaycanın tarixi və mədəniyyəti sahəsindəki geniş fəaliyyəti haqqında danışıb.

Gunaz.tv

Əli Polad bəy aşıq sənətinin daha yaxşı anlaşılması üçün bu sahədə 2 kitab yazdığını və 280 aşığa payladığını bildirib.

O, sözlərinin davamında İran, Türkiyə, Azərbaycan, Gürcüstan və Özbəkistandan olan 3 min aşıqdan ibarət ensiklopediya hazırladıqlarını qeyd edib. Onun sözlərinə görə, bu məcmuədə bu bölgələrdən olan qocaman aşıqların adları toplanıb.

"Son 7 ildə mən aşıq sənətini canlandırmaq üçün bir milyon dollardan çox vəsait xərcləmişəm və 72 aşığın səsini 1500 efirdən və ya səhnədən ucalda bilmişəm.” - deyə Əli Polad bəy bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar