SON XƏBƏRLƏR

Rejim mediaya tətik mexanizmini işıqlandırmamaq barədə xəbərdarlıq edir

2025.09.27, 11:33
Rejim mediaya tətik mexanizmini işıqlandırmamaq barədə xəbərdarlıq edir

KİV və onlayn qurumlar BMT sanksiyalarının bərpası ilə bağlı xəbərləri ictimai əhval-ruhiyyəni pozarsa, tədbir görəcəklər.

Gunaz.tv

Bu barədə İran Baş Prokurorluğunun bəyanatını yayımlayan Mizan saytında qyed edilib.

"Bəzi internet saytları və kanallar Təhlükəsizlik Şurasının səsverməsindən qısa müddət sonra qiymətlərin artması ilə bağlı həssas məzmun hazırlayıblar", - Mizan əlavə edib.

Prokurorluöun sözlərinə görə, belə xəbərlər cəmiyyətin psixoloji təhlükəsizliyini poza bilər və bununla bağlı qanuni tədbirlər görüləcək.

Qeyd edək ki, İranda son illər məhkəmə sistemi həssas siyasi və iqtisadi mövzularda şərhlərə görə jurnalistlərə, mətbuat orqanlarına və vətəndaşlara qarşı təzyiqlərə başlayıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar