SON XƏBƏRLƏR

İranlı nazir: Tətik mexanizmi İran üzərindəki təzyiqi artıracaq

2025.09.27, 12:48
İranlı nazir: Tətik mexanizmi İran üzərindəki təzyiqi artıracaq

"Tətik mexanizmi sanksiyaları İran üçün çətinliklər yaradacaq."

Gunaz.tv

Bunu Yollar və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

"Tətik mexanizminin aktivləşdirilməsindən sonrakı şərtlər çətin olacaq, lakin müvafiq cavablarımız var." - deyə Fərzanə Sadiq qeyd edib.

O əlavə edib ki, BMT-nin yenidən qəbul edilmiş qətnamələrinin İran üçün nəticələri olacaq.

“Tətik mexanizminin heç bir effekt verməyəcəyini deyə bilmərəm və əlbəttə ki, bu altı qətnamənin təsiri olacaq, lakin İslam Respublikası illərdir ki, maksimum sanksiyalara məruz qalır.” - o əlavə edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar