SON XƏBƏRLƏR

İranlı deputat BAEA və Avropa ilə nüvə danışıqlarını dayandırmağa çağırıb

2025.09.27, 12:52
İranlı deputat BAEA və Avropa ilə nüvə danışıqlarını dayandırmağa çağırıb

"Beynəlxalq Atom Enerjisi Agentliyi ilə nüvə danışıqlar dayandırılmalıdır."

Gunaz.tv

Bunu iranlı millət vəkili Mənuçöhr Müttəqi deyib.

“Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlar dayandırılmalı və parlamentin qərarına uyğun olaraq onunla hər hansı əməkdaşlıq sonlandırılmalıdır.” - o bildirib.

O əlavə edib ki, üç Avropa dövləti ilə müzakirələrin dayandırılması da nəzərdən keçirilməlidir.

“Üç Avropa ölkəsi İslam Respublikasının İran torpaqlarında uranı zənginləşdirmək hüququnu rəsmən tanımadığı və müdafiə imkanları, o cümlədən raket məsələləri üzrə danışıqları nəzərə almadığı təqdirdə, onlarla nüvə danışıqlarının dayandırılması gündəmdə olmalıdır.” - Müttəqi deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar