SON XƏBƏRLƏR

Amerika iranlı vətəndaşa görə 200 min dollar mükafat təyin etdi

2025.09.27, 12:59
Amerika iranlı vətəndaşa görə 200 min dollar mükafat təyin etdi

Birləşmiş Ştatlar hökuməti televiziya aparıcısı və İran əsilli Amerika vətəndaşı Şayan Kazeminin yeri və geri qaytarılması ilə bağlı məlumat üçün 200 min dollar mükafat təyin edib.

Gunaz.tv

Bununla bağlı Şayan Kazeminin yoxa çıxmasının 14-cü ildönümündə FTB-nin bəyanatında bildirilib.

"Amerika hökumətinin bu Amerika vətəndaşını tapmağa kömək edəcək məlumatlara görə 200 min dollar mükafat verəcək",- bəyanatda deyilir.

FTB-nin bəyanatında deyilir ki, Şayan Kazemi həm də “Şayan Kaviani və Əsgər Kazemi” kimi tanınır.

İran əsilli bu Amerika vətəndaşı sonuncu dəfə 24 sentyabr 2011-ci ildə Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərindən Türkiyənin İstanbul şəhərinə gedib.

Bir gün sonra sentybrın 25-də İstanbuldakı “Royal” otelindən ailəsinə zəng etdikdən sonra yoxa çıxan mühacir haqqında məlumat əldə etmək mümkün olmayıb.

Şayan Kazeminin İran təhlükəsizlik məmurları tərəfindən oğurlandığı ehtimal olunsa da, hələlik bunu sübut edən dəlillər yoxdur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar