SON XƏBƏRLƏR

İranda daha bir qadın məhbus tibbi xidmət göstərilmədiyinə görə həyatını itirdi

2025.09.27, 14:36
İranda daha bir qadın məhbus tibbi xidmət göstərilmədiyinə görə həyatını itirdi

Tehranın Vəramin bölgəsinin Qərçək həbsxanasında saxlanılan Sudabə Əsədi adlı qadın məhbus həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, maliyyə məsələsi səbəbindən həbs edilən Əsədi, xəstələnib və ona tibbi xidmət göstərilmədiyinə həyatını itirib.

"Sudabə Əsədinin ölümü bilavasitə tibbi xidmətin olmaması və tibb mərkəzlərinə göndərilmənin gecikməsi nəticəsində baş verib",- məlumatda bildirilib.

Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyi və İran məhkəmə sisteminin qətli adlandırıblar.

Qadın məhbus sentyabrın 17-də həyatını itirsə də, həbsxana rəhbərliyi bu barədə susub və ölüm xəbəri sentyabrın 26-da Sudabə Əsədinin kamera yoldaşlarının vasitəsilə yayılıb.
 
Bu son bir neçə gün ərzində Qərçək həbsxanasında ikinci qadın məhbusun ölümüdür.

Bundan əvvəl həmin həbsxanada saxlanılan siyasi qadın məhbus Süməyyə Rəşidi də, tibbi xidmət göstərilmədiyi və müalicəsinə icazə verilmədiyinə görə dünyasını dəyişib.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının hesabatına görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə müalicəsinə imkan verilmədiyi üçün ölüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar