SON XƏBƏRLƏR

Amerikanın Hindistanın Çabahar limanı layihəsinə tətbiq etdiyi sanksiyalar qüvvəyə minir

2025.09.30, 12:28
Amerikanın Hindistanın Çabahar limanı layihəsinə tətbiq etdiyi sanksiyalar qüvvəyə minir

Amerikanın İranın Çabahar şəhərində Hindistanın böyük liman layihəsinə qarşı sanksiyaları bazar ertəsi qüvvəyə minib.

Gunaz.tv

Qeyd edək ki, 2018-ci ildə Donald Trampın birinci prezidentliyi dönəmində gözlənilməz qərar verərək Hindistan şirkətlərinə Çabahar limanında işləri davam etdirməyə icazə vermişdi.

Amerika Dövlət Departamentinin sözçüsü Tmi Piqot bir müddət əvvəl yaydığı bəyanatda Çabahar sanksiyalarından imtinanın sona çatdığını elan edərək, sanksiyaların sentyabrın 29-dan qüvvəyə minəcəyini bildirmişdi.

Piqott bildirib ki, bu qərar Prezident Trampın İran rejimini təcrid etmək üçün maksimum təzyiq siyasətinə uyğun olaraq verilib.

Amerikanın 2018-ci ildə Çabahar limanındakı işlərə icazə verməsinin səbəbi Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına kömək etmək idi. Çabahar uzun müddət Əfqanıstana tranzit ticarətində böyük paya malik olan Pakistandan yan keçərək Əfqanıstana alternativ qapı kimi təqdim edilirdi. Lakin 2021-ci ildə Amerika qüvvələri Əfqanıstandan geri çəkildiyi üçün Taliban ölkəyə nəzarəti bərpa edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar