SON XƏBƏRLƏR

Bolton Amerika və İsrailin İranın nüvə obyektlərinə zərbələrini müdafiə edib

2025.09.30, 12:59
Bolton Amerika və İsrailin İranın nüvə obyektlərinə zərbələrini müdafiə edib

"Amerika və İsrailin iyun ayında İranın nüvə obyektlərinə zərbələri Tehranın kritik sahələrini qorumaqda gücsüz olduğunu göstərdi."

Gunaz.tv

Bunu Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

"İnsanlar rejimin öz kritik elementlərini Amerika və İsrailin hücumlarından qorumaqda tamamilə aciz olduğunu gördülər." - deyə o bildirib.

Uzun müddətdir İrana qarşı hərbi əməliyyatların aparılmasını müdafiə edən Bolton əlavə edib ki, İran rəsmiləri onun həyatına qarşı “çox real” təhdidlər irəli sürüblər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar