SON XƏBƏRLƏR

İran rialı dəyər itirməyə davam edir

2025.10.01, 14:48
İran rialı dəyər itirməyə davam edir

İran rialı Amerika dolları qarşısında dəyər itirməyə davam edir.

Gunaz.tv

Çərşənbə günü İranın valyutası Tehranın qeyri-rəsmi bazarında bir Amerika dolları üçün təxminən 1,151,000 riala satılaraq növbəti əks-rekord göstəriciyə çatıb.

Yerli valyuta məzənnələrinə əsasən, avro 1 352 200 rial, funt sterlinq isə 1 548 300 olub.

Qeyd edək ki, BMT-nin tətik mexanizmi işə düşəndən bəri İran valyutası dollar qarşısında sürətlə dəyər itirməyə davam edir.

Ancaq rejimə bağlı "Keyhan" kimi qəzetlər bu sanksiyaların İrana qarşı gerçək heç bir gücünün olmadığını, yalnız psixoloji təsir göstərməyə hesablandığını bildirirlər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar