SON XƏBƏRLƏR

İranda 5 xristiana ağır həbs cəzası verildi

2025.10.02, 14:56
İranda 5 xristiana ağır həbs cəzası verildi

Tehranın Apelliyasiya Məhkəməsinin 26-cı bölməsi xristiyanlığı qəbul etmiş 5 nəfər barəsində çıxarılan 41 il 10 ay həbs cəzasını təsdiq edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Xristiyanlar barədə ilkin həbs qərarını Vəramin şəhərinin İnqilab Məhkəməsinin 1-ci bölməsi çıxarmışdı.

Onlar, "İslam şəriətinə zidd olan və onu pozan təbliğat"da, "xariclə əlaqəli pis məqsədli maarifləndirmə"də, "rejim əleyhinə təbliğat aparmaqda, və "rəhbəri təhqir etmək"də günahlandırılıblar.

Bir müddət əvvəl Amerika Beynəlxalq Dini Azadlıq Komissiyası da İranda xristianlara qarşı təzyiqlərin artdığını bildirib.

Komissiyanın bəyanatına görə, ötən il İranda 96 xristiyana ümumilikdə 260 ildən çox həbs cəzası verilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar