SON XƏBƏRLƏR

Millət vəkili: Müharibə bölgəni bürüyəcək

2025.10.03, 10:29
Millət vəkili: Müharibə bölgəni bürüyəcək

İsrailin İrana yenidən hücum edəcəyi təqdirdə, bu müharibə bütün bölgə ölkələrinə yayılacaq.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Sara Fəllahi İRNA xəbər agentliyinə müsahibəsində deyib.

“Yeni müharibə 12 günlük müharibə kimi olmayacaq, ötən müharibədə bəzi düşmən ölkələr sağ qaldı, bu dəfə isə İran bütün gücü ilə döyüşə gələcək”,- o əlavə edib.

Fəllahi, Çin və Rusiyanı İranın iki qanadı adlandırıb və təhlükənin qarşısının alınması üçün bu ölkələrlə əməkdaşlığın dahada gücləndirilməsinə çağırıb.

Millət vəkili HƏMAS-ın özünü bərpa etdiyini, İraqda İrana bağlı qüvvələrin də ən güclü olduğunu iddia edərək, İrana qarşı yeni hücumun daha geniş vüsət alacağını deyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar