SON XƏBƏRLƏR

Türkiyə vəsaitlərimizi dondurmayıb - Kəmalvəndi

2025.10.04, 10:53
Türkiyə vəsaitlərimizi dondurmayıb - Kəmalvəndi

Aparılan araşdırmalara əsasən, Türkiyədə İran Atom Enerjisi Təşkilatı və əlaqəli şirkətlərə məxsus vəsait və ya aktivlərin dondurulması həqiqətə uyğun deyil.

Gunaz.tv

Bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O, bu haqdakı xəbərlərin Türkiyənin rəsmi mənbələrinə istinadən verilməsindən təəccübləndiyini bildirib.

Qeyd edək ki, dünən bəzi media orqanları İran Atom Enerjisi Təşkilatının və ona bağlı şirkətlərin Türkiyədəki aktivlərinin dondurulması barədə məlumat yayıb.

Vəsaitlərin dondurlması barədə sərəncam,  gəmiçilik şirkətləri, enerji şirkətləri və tədqiqat mərkəzləri də daxil olmaqla, İranın nüvə inkişaf proqramında iştirak edən şəxslər və təşkilatları hədəf alır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar