SON XƏBƏRLƏR

Ağ Ev Trampın varisinin adını açıqlayıb

2025.10.06, 11:17
Ağ Ev Trampın varisinin adını açıqlayıb

Amerikanın vitse-prezidenti Ceyms Vens Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi ola bilər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Amerikanın dövlət katibi Marko Rubio deyib.

"Mən inanıram ki, Respublikaçıların növbəti namizədi, əgər namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq. O, mənim yaxşı dostumdur və əla iş görür. Mən deyərdim ki, bizim əla komandamız var və hamımız prezident üçün çalışırıq", - Rubio bildirib.

Qeyd edək ki, may ayının sonunda Amerikanın nüfuzlu “The Hill” qəzeti 2028-ci ildə Respublikaçılar Partiyasından namizəd olmaq üçün Trampın varisi kimi yeddi mümkün namizədin siyahısını dərc etmişdi,.

Siyahıda onun böyük oğlu kiçik Donald Tramp da yer almışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar