Qazaxıstanın Aktau şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (Türksoy) üzv ölkələrin sənətçilərinin iştirakı ilə “Qorqud Ata” V Beynəlxalq Türk Dünyası Film Festivalı keçirilib və tədbir müxtəlif nominasiyalar üzrə qaliblərə mükafatların təqdim olunması ilə yekunlaşıb.