SON XƏBƏRLƏR

Kallas Ukraynaya silahlarla təchiz etməyin vacibliyindən danışıb

2025.10.09, 11:25
Kallas Ukraynaya silahlarla təchiz etməyin vacibliyindən danışıb

“Qərbin dəstəyi olmadan Ukrayna təkbaşına Rusiya qüvvələrinin irəliləyişini dayandıra bilməz.”

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas deyib.

"Ukraynanı dəstəkləməyə davam etsək, o, daha çox ərazini azad edib Rusiyanı daha da geri çəkə biləcək. Amma təbii ki, o, bunu təkbaşına edə bilməz", - Kallas bildirib.

O, yenidən Kiyevə yardımın, o cümlədən silah təchizatının artırılmasını müdafiə edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar