SON XƏBƏRLƏR

Bəhailərə təzyiq - İki qadına 30 il həbs cəzası verildi

2025.10.09, 11:39
Bəhailərə təzyiq - İki qadına 30 il həbs cəzası verildi

İranın Kərəc və Şiraz şəhərlərində islam dininin bəhai təriqənə mənsub iki qadın fəal ağır həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu haqda Bynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumata görə, Röya Sabit 25 il, Nahid Behruzi isə 5 il azadlıqdan məhrum edilib.

R.Sabit "İsrail vətəndaşları və qurumları ilə əməkdaşlıq və ünsiyyətdə olmaq", "lkənin təhlükəsizliyinə zidd hərəkət etmək niyyəti ilə qrup yaratmaq və idarə etmək",  "islam dininin qanunlarına zidd olaraq məzhəb təbliğatı aparmaq" ittihamlarına görə 25 il həbs cəzasına məhkum edilib.

Nahid Behruzi isə "bəhai icmasına üzv olmaq" və "islam qanunlarını pozan təlim və təbliğat aparmaq"da günahlandırılaraq barəsində 5 il həbs cəzası çıxarılıb.

Bununla yanaşı Kərəc şəhərində daha 6 bəhai həbs cəzalarını çəkmək üçün İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə çağırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar