SON XƏBƏRLƏR

Ermənistan və Amerika TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

2025.10.09, 11:57
Ermənistan və Amerika TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edib

Amerika dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker Ermənistanın ölkədəki səfiri Narek Mkrçyanla avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi prosesini müzakirə edib.

Gunaz.tv

Günaz TV "Report"a sitinadən xəbər verir ki, bu barədə Ermənistanın Amerikadakı səfirliyindən bildirilib.

"Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin, xüsusilə, Ermənistan və Amerika arasında qarşılıqlı anlaşma memorandumlarının və "Tramp marşrutu" layihəsinin (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsi prosesini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Bildirilib ki, E.Huker Amerikanın Cənubi Qafqazda sülh və regional əməkdaşlığın qurulması gündəliyinə sadiq olduğunu təsdiqləyib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar