SON XƏBƏRLƏR

Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaq

2025.10.09, 16:16
Qəzzada atəşkəsin icrasına nəzarət qrupunda Türkiyə də yer alacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəyini deyib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Ərdoğan prosesdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib.

Bundan əlavə, Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb:

“Türkiyə olaraq İsrail-Hamas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik” - Ərdoğan əlavə edib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar