SON XƏBƏRLƏR

Ali Məhkəmə azərbaycanlı tələbə Ehsan Fəridinin Edam hökmünü təsdiqləyib

2025.10.10, 12:25
Ali Məhkəmə azərbaycanlı tələbə Ehsan Fəridinin Edam hökmünü təsdiqləyib

Təbriz Universitetinin 22 yaşlı tələbəsi Ehsan Fəridinin Edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və o, edam ərəfəsindədir.

Gunaz.tv

Hüquq müdafiəçisi və azərbaycanlı hüquqşünas Sina Yusefi X sosial media hesabında Fəridinin Təbriz İnqilab Məhkəməsinin hakim Həsən Fathpurun rəhbərlik etdiyi Üçüncü Şöbəsi tərəfindən “korrupsiya” ittihamı ilə edam cəzasına məhkum edildiyini açıqlayıb.

Qeyd edək ki, Ehsan Fəridinin ilkin ittihamı “sistemin əleyhinə təbliğat” olduğu halda, zaminə buraxıldıqdan sonra o, təqribən 40 gün sonra yenidən həbs edilib və onun ittihamı “korrupsiya” ittihamı ilə dəyişdirilib və o, Təbriz zindanına köçürülüb.

Hazırda azərbaycanlı tələbənin həyatı edam təhlükəsi ilə qarşı-qarşıyadır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar