SON XƏBƏRLƏR

NATO bazar ertəsindən etibarən illik nüvə təlimlərinə başlayacaq

2025.10.10, 13:58
NATO bazar ertəsindən etibarən illik nüvə təlimlərinə başlayacaq

NATO-nun illik “Steadfast Noon” adlı nüvə təhlükəsizliyi təlimləri 13 oktyabr tarixində başlayacaq.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Alyansın Baş katibi Mark Ryutte məlumat verib.

Ryutte qeyd edib ki, bu təlimlər NATO-nun etibarlılığını, təhlükəsizliyini və səmərəliliyini təmin etməyə kömək edir.

“Vacib məqam ondan ibarətdir ki, bu təlimlər hər il keçirilir. Bu, müntəzəm illik təlimlərdir”, – Baş katib vurğulayıb.

O əlavə edib ki, bu təlimlər istənilən potensial düşmənə Alyansın öz üzvlərini istənilən təhdiddən müdafiə edə biləcəyinə dair aydın siqnaldır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar