SON XƏBƏRLƏR

Latviya hökuməti 800-dən çox Rusiya vətəndaşını ölkədən çıxarır

2025.10.11, 10:01
Latviya hökuməti 800-dən çox Rusiya vətəndaşını ölkədən çıxarır

Latviya hökuməti 841 Rusiya vətəndaşına ölkəni 13 oktyabra qədər tərk etməyi əmr edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “Politico” ölkənin Vətəndaşlıq və Miqrasiya İdarəsinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, bunun səbəbi kimi rusların latış dilini bilmələrini təsdiqləyə bilməmələri və məcburi təhlükəsizlik yoxlamasından keçməmələri göstərilir.

13 Oktyabr tarixindən sonra onların ölkədə qalması qanunsuz hesab olunacaq.

Qeyd olunur ki, 2024-cü ildə Latviya ölkədə qalmaq istəyən Rusiya vətəndaşları üçün immiqrasiya qaydalarını sərtləşdirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar