SON XƏBƏRLƏR

95 milyard dollar valyuta ölkəyə qayıtmayıb - Millət vəkili

2025.10.11, 10:36
95 milyard dollar valyuta ölkəyə qayıtmayıb - Millət vəkili

Rəsmi statistikaya görə, 2018-ci ildən bəri 270 milyard dollara yaxın qeyri-neft ixracı həyata keçirilib və bunu əhəmiyyətli hissəsi ölkəyə qayıtmayıb.

Gunaz.tv

Rəsmi statistikaya görə, 2018-ci ildən bəri 270 milyard dollara yaxın qeyri-neft ixracı həyata keçirilib və bunu əhəmiyyətli hissəsi ölkəyə qayıtmayıb.

Bunu İran parlamentin İqtisadi Komissiyasının üzvü Hüseyn Samsami özünün sosial media hesabında yazıb.

"270 milyardın təqribən 95 milyard dolları, yəni ümumi ixracın 35 faizinə bərabər olan vəsait İrana qayıtmayıb",- o qeyd edib.

Səmsaminin sözlərinə görə, 2022-ci ildən bu yana qeyri-neft ixracından əldə edilən 146 milyard dolların 56 milyard dollardan çoxu, yəni təxminən 38 faizi hələ də ölkəyə qayıtmayıb.

Qeyd edək ki, Səmsaminin bu paylaşımı İran Prezidenti Məsud Pezeşkiana cavabdır.

Bir neçə gün əvvəl Pezeşkian ölkədə valiyuta çatışmazlığı olduğunu və hətta 1 milyard dollar tapmaqda çətinlik çəkdiklərini deyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar