SON XƏBƏRLƏR

Finlandiyalı siyasətçidən təbrizli tələbəyə dəstək

2025.10.11, 14:46
Finlandiyalı siyasətçidən təbrizli tələbəyə dəstək

Finlandiya parlamentinin üzvü Jossi Saramo İranda edamları dayandırmağa çağırıb.

Gunaz.tv

O, bununla bağlı özünün sosial media hesabıda paylaşım edib.

Saramo, edama məhkum edilmiş Təbriz universtetinin tələbəsi Ehsan Fəridinin fotosunu paylaşaraq, insan haqları təşkilatları və beynəlxalq ictimaiyyətdən onun həyatını xilas etməyi istəyib.

Qeyd edək ki, Ehsan Fəridi “müharibə” (dini hakimiyyətə qarşı çıxmaq) ittihamına görə ölüm cəzasına məhkum edilib.

Onun barəsində ölüm hökmü Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məlumatlarına istinad edilərək verilib.

Bir neçə gün əvvəl isə İran Ali Məhkəməsi gənc tələbənin barəsində çıxarılan ölüm hökmünü təsdiq edib.

E.Fəridi Təbriz universotetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi Ehsan Fəridi 19 may 2024-cü ildə Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək Təbrizin mərkəzi həbsxanasına köçürülüb.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar