SON XƏBƏRLƏR

İran və İsrail sülh sammitindən imtina etdi

2025.10.13, 10:19
İran və İsrail sülh sammitindən imtina etdi

İran nümayəndələri oktyabrın 13-də Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Yaxın Şərq Sülh Sammitinə qatılmayacaq.

Gunaz.tv

Bu barədə "Təsnim" agentliyi məlumat yayıb.

Məlumata görə, dəvətə baxmayaraq, İran hökumətinin nümayəndələrinin heç biri sammitdə iştirak etmək üçün Misirə uçmağı planlaşdırmır.

İranla yanaşı İsrail nümayəndələri də Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək sülh sammitinə qatılmayacaq.

Bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib.

"İsrailin heç bir nümayəndəsi sammitdə iştirak etməyəcək", - o deyib.

Qeyd edək ki, İsrail və HƏMAS Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılmasından sonra qüvvəyə minib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar