SON XƏBƏRLƏR

Zelenski Amerikanın istənilən silahını əldə etmək üçün Trampdan razılıq almaq niyyətindədir

2025.10.17, 11:42
Zelenski Amerikanın istənilən silahını əldə etmək üçün Trampdan razılıq almaq niyyətindədir

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampla görüş zamanı Kiyevə istənilən Amerika silahını məhdudiyyətsiz almaq hüququnun verilməsinə dair prinsipial razılıq əldə etməyə çalışacaq.

Gunaz.tv

Bu barədə Amerikanın "Axios" portalına Zelenski administrasiyasının rəhbəri Andriy Yermak məlumat verib.

Onun sözlərinə görə, Zelenski Amerikadan alınan silahların çeşidini genişləndirmək niyyətindədir.

"Bizə Amerikanın siyasi qərarı lazımdır ki, Ukrayna ehtiyac duyduğu istənilən silahı heç bir məhdudiyyət olmadan ala bilsin", – deyə Yermak vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar