SON XƏBƏRLƏR

İran zədələnmiş nüvə obyektləri üçün hələ hesabat təqdim etməyib və ya yoxlama tarixlərini təyin etməyib

2025.10.17, 14:37
İran zədələnmiş nüvə obyektləri üçün hələ hesabat təqdim etməyib və ya yoxlama tarixlərini təyin etməyib

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə Qahirə müqaviləsi çərçivəsində zədələnmiş nüvə obyektləri üçün hələ hesabat təqdim etməyib və ya yoxlama tarixlərini təyin etməyib.

Gunaz.tv

"İran Qahirəş razılaşmasının həyata keçirilməsi ilə bağlı BAEA ilə müzakirələri dayandırmasa da, o, hələ də hesabat yaymayıb və ya zədələnmiş obyektlər haqqında hesabat vermək üçün tarix göstərməyib." - deyə "Wall Street Journal" müxbiri Laurens Norman yazıb.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami hazırda İranda heç bir BAEA əməkdaşının olmadığını bildirmişdi.

Eslami bildirib ki, iyun ayında İranın nüvə obyektlərinə aviazərbələr endirilməsindən sonra BAEA əməkdaşlarının yalnız iki səfərinə icazə verilib - Buşehr və Tehran reaktorlarına - səfərlərin hər ikisi də Ali Milli Təhlükəsizlik Şurası tərəfindən razılaşdırılıb.

Xatırladaq ki, Xarici işlər naziri Abbas Araqçi ilə Qrossi arasında sentyabrda əldə olunmuş Qahirə razılaşması zərbələrdən sonra tərəflər arasında məhdud əməkdaşlığı bərpa etmək məqsədi daşıyırdı.

"Wall Street Journal" müxbiri Laurens Norman bildirib ki, İran noyabrda keçiriləcək BAEA şurasından əvvəl, vaxt qazanmaq üçün, nəsə təklif etmək kimi köhnə oyununu oynaya bilər, ancaq danışıqlarda irəliləyiş olmasa noyabrda daha bir böyük hadisə yaşana bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar