SON XƏBƏRLƏR

Zelenski Avropa liderlərinə Trampla görüşü barədə məlumat verib

2025.10.18, 10:10
Zelenski Avropa liderlərinə Trampla görüşü barədə məlumat verib

Almaniya kansleri Fridrix Merz, bir sıra digər Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və o, Amerika prezidenti Donald Trampla görüşü barədə onlara məlumat verib.

Gunaz.tv

Bu barədə jurnalistlərə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.

"Almaniya kansleri Fridrix Merz digər Avropa dövlət və hökumət başçıları, həmçinin NATO-nun baş katibi və Aİ qurumlarının rəhbərləri ilə birlikdə bu axşam Volodimir Zelenski ilə telefon danışığı aparıb", - Kornelius qeyd edib.

O əlavə edib ki, Zelenski avropalı tərəfdaşlarını Amerika prezidenti Donald Trampla konstruktiv görüşü haqqında məlumatlandırıb.

"Almaniya kansleri Merz və tərəfdaşları bu yaxın transatlantik əməkdaşlığı alqışladılar və Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin vacibliyini vurğuladılar", - Almaniya hökumət sözçüsü bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar