SON XƏBƏRLƏR

Zelenski: Rusiya Avropanı artıq Amerikaya uduzub, rus qazı qitədən sıxışdırılıb

2025.10.20, 12:09
Zelenski: Rusiya Avropanı artıq Amerikaya uduzub, rus qazı qitədən sıxışdırılıb

Amerika Prezidenti Donald Trampın bəzi mövqeləri Rusiya Prezidenti Vladimir Putinə yeni fürsət yaradır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Zelenski bildirib ki, Rusiya Donbası əslində istəmir, bu region yalnız Putin üçün “uğur təəssüratı” yaratmaq vasitəsidir.

“Amma heç kim zəmanət verə bilməz ki, o, bir neçə ildən sonra daha da irəli getməyəcək”, – Zelenski vurğulayıb.

“Ukraynanın əsas prioriteti təhlükəsizlik zəmanətləridir” – o əlavə edib.

Prezident qeyd edib ki, Ukrayna 2 milyard dollar dəyərində qaz tapmağa çalışır və bunun bir hissəsi artıq təmin edilib. O həmçinin bildirib ki, Amerika ilə əməkdaşlıq sayəsində ölkədə əlavə 9 enerji bloku tikilə bilər.

Zelenskinin fikrincə, Rusiya Avropanı artıq Amerikaya uduzub və rus qazı qitədən sıxışdırılıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar