SON XƏBƏRLƏR

BBC farsca Azərbaycandan yazdı: "Ən dindar kənddə kazino"

2025.10.20, 13:43
BBC farsca Azərbaycandan yazdı: "Ən dindar kənddə kazino"

Britaniyanın BBC xəbər agentliyi Azərbaycanın paytaxtı bakı yaxınlığında tikintisi davam edən "Sea Breeze" layihəsi barədə material dərc edib.

Gunaz.tv

Yazı "Azərbaycan Respublikasında ilk qumarxana ölkənin ən dini və ənənəvi müsəlman kəndi olan Nardaranın yaxınlığında tikiləcək" başlığı altında yayımlanıb.

Farsca bölməsinin ənənəvi olaraq İran meyilli, hətta Tehran rejiminə yaxın şəxslərin nəzarətində olan BBC, Nardalan kəndi ilə Azərbaycan hökuməti arasında illər boyu gərginlik yaşandığını bildirib.

Qeyd edək ki, "Sea Breeze" — Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort layihədir.

BBC farsca isə layihənin yuxarıda qeyd olunan detallarına toxunmadan, burada Avropanın ən böyük qumarxanasının inşa edildiyini xüsusi vurğulayib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar