SON XƏBƏRLƏR

Qrossi: İran zənginləşdirilmiş uran ehtiyatlarını öz nüvə obyektlərində saxlayır

2025.10.20, 15:54
Qrossi: İran zənginləşdirilmiş uran ehtiyatlarını öz nüvə obyektlərində saxlayır

İran zənginləşdirilmiş uran ehtiyatlarını öz nüvə obyektlərində saxlayır.

Gunaz.tv

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rafael Qrossi sveçrənin “Neue Zürcher Zeitung” qəzetinə bildirib.

Rafael Qrossinin dediyinə görə, agentlikdə mövcud olan məlumatlar materialın böyük hissəsinin İsfahan və Fordoda, bir qədər də Natanzdakı məlum nüvə obyektlərində saxlandığını göstərir.

Qrossi beynəlxalq müfəttişlərin hələki bu nüvə obyektlərinə girişinə İran tərəfindən icazə verilmədiyi bildirib.

BAEA İranın 400 kiloqramdan çox yüksək zənginləşdirilmiş urana malik olduğunu təxmin edir ki, bu da bir neçə nüvə silahı hazırlamaq üçün kifayətdir.

Qrossi əlavə edib ki, bu üç obyekt İsrail və Amerikanın iyun ayında endirdiyi zərbələr zamanı ciddi ziyan görüb.

Qeyd edək ki, Tehran nüvə silahı əldə etmək məqsədinin olmadığını bildirsə də, BMT-nin Nüvə Nəzarət Təşkilatının rəhbəri onun potensial imkanları ilə bağlı narahatlıqların “tam olaraq aradan qaldırılmadığını” deyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar