SON XƏBƏRLƏR

Uitkoff Donbasdan qoşunların çıxarılmasını tələb edib

2025.10.20, 16:05
Uitkoff Donbasdan qoşunların çıxarılmasını tələb edib

Ukrayna prezidenti Volodimir Zelenski Amerika nümayəndəsi Stiven Uitkoffun ondan müharibəni dayandırmaq üçün Donbasdan qoşunları çıxarmağı xahiş etdiyini təsdiqləyib.

Gunaz.tv

Günaz TV Yeni Müsavata istinadən xəbər verir ki, Zelenski bu barədə danışarkən bildirib ki, Rusiya Donbasda keçirdiyini iddia etdiyi “referendumu” əsas gətirərək əraziləri öz konstitusiyasına daxil edib.

“Uitkoff deyir ki, bu artıq Rusiyanın Konstitusiyasında təsbit olunub. Mən ona izah etdim ki, əgər sabah Putin yenə nəsə əlavə etsə, biz yenə geri çəkilməli olacağıq? Bəs mən Ukrayna Konstitusiyasına Rusiya vilayətlərini daxil etsəm, onlar oradan çıxacaqlarmı? Bu işləməyən modeldir,” – deyə Zelenski vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, bu mövqe Kiyevin ərazi bütövlüyündən güzəştə getməyəcəyini və müharibənin şərtsiz sülh formuluna əsasən bitməyəcəyini bir daha göstərir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar