SON XƏBƏRLƏR

KİV: Rusiya və Amerika xarici işlər nazirlərinin görüşü təxirə salınıb

2025.10.21, 10:27
KİV: Rusiya və Amerika xarici işlər nazirlərinin görüşü təxirə salınıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Amerikanın dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb.

"Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir.

Təxirə salınmanın səbəbləri hələ məlum deyil. Telekanalın mənbəsinin sözlərinə görə, Lavrov və Rubionun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirləri fərqlidir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar