SON XƏBƏRLƏR

İranda bəhailərə təzyiq - Bəhailər həbs edildi

2025.10.21, 12:56
İranda bəhailərə təzyiq - Bəhailər həbs edildi

İran təhlükəsizlik məmurları islam dininin bəhai təriqətinə mənsub 9 bəhainin evinə hücum edib, axtarış aparıb və onlara məxsus şəxsiəşyaları müsadirə edib.

Gunaz.tv

Bununla bağlı İran İnsan Haqları Tışkilatı məlumat yayıb.

Məlumatda görə, evlərində axtarış aparan bəhailərdən 7-i həbs olunaraq naməlum yerə aparılıb.

3 qadın və 4 bəhai kişinin həbs səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar