SON XƏBƏRLƏR

İran polisi daha bir bəlucu güllələdi

2025.10.23, 11:29
İran polisi daha bir bəlucu güllələdi

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində polisin avtomobilə atəş açması nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı Rəhmət Mahmudzehi hadisə yerindəcə həlak olub, başqa sərnişin isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumata görə, ölən və yaralanan yanacaq qaçaqmalçısı olub və polis dayan əmrinə tabe olmadıqları üçün onlara atəş açılıb.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar