SON XƏBƏRLƏR

Tramp Si Cinpinlə oktyabrın 30-da görüşəcək

2025.10.24, 11:15
Tramp Si Cinpinlə oktyabrın 30-da görüşəcək

Amerika prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşəcək.

Gunaz.tv

Bu barədə, Ağ Evin sözçüsü Kerolayn Livitt məlumat verib.

“Cümə axşamı yerli vaxtla səhər saatlarında prezident Tramp Çin lideri Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcək”, - Livitt deyib.

Livitt həmçinin əlavə edib ki, Çin lideri ilə görüş Amerika prezidentinin ASEAN sammitində iştirak edəcəyi Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərləri əhatə edən Asiya turunun yekununda baş tutacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar