SON XƏBƏRLƏR

Rütte: Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərar hələ baxış mərhələsindədir

2025.10.25, 10:00
Rütte: Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərar hələ baxış mərhələsindədir

NATO Baş katibi Mark Rütte bildirib ki, Ukraynaya müəyyən növ silahların verilməsi hər bir müttəfiqin öz suveren qərarıdır, lakin Amerika Prezidenti Donald Trampın “Tomahawk” raketlərinin verilməsi ilə bağlı qərarı hələ də baxış mərhələsindədir.

Gunaz.tv

Bu barədə Rütte Londonda keçirilən “İstəklilər koalisiyası”nın iclasından sonra jurnaistlərə açıqlama verib.

Jurnalistlərin “Amerika Prezidenti Donald Tramp Ukraynaya ‘Tomahawk’ raketlərini verəcəkmi?” sualına cavab olaraq Rütte qeyd edib ki,

“Bu, hər bir müttəfiqin öz qərarıdır — kim hansı tip silahı Ukraynaya vermək istəyirsə, bu, onun seçimidir.”

NATO Baş katibi əlavə edib ki, Ukrayna özünü müdafiə etmək üçün Rusiya ərazisində hədəflərə zərbə endirmək hüququna malikdir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar